Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 60 977 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 754  nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 235 274, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 358 794, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 876 480 nəfər təşkil edir.