"Red Bull" komandasının Niderlandlı pilotu Maks Ferstappen "Formula-1" üzrə Niderland Qran-prisinin qalibi olub.

Unikal.org xəbər verir ki, ölkənin Zandvort şəhərində yerləşən avtodromunda keçirilən yarışlarda ikinci yerə "Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton, üçüncü yerə isə L.Hemiltonun finlandiyalı komanda yoldaşı Valtteri Bottas çıxıb. 

Bu Qran-pridəki qələbəsi sayəsində M.Ferstappen ümumi hesabda liderliyə qayıdıb. Onun aktivində 224,5 xal var. Ümumi hesabda ikinci yerdə 221,5 xalla L.Hemilton, üçüncü yerdə isə 123 xalla V.Bottas qərarlaşıb.

"Formula-1"in növbəti mərhələsi 10-12 sentyabr tarixlərində İtaliyanın "Montsa" avtodromunda baş tutacaq.