Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Bildirilib ki, 135 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu dayanacaqda olarkən, sərnişin 1977-ci il təvəllüdlü Vüsalə İsayeva Zöhrab qızı avtobusundan düşərkən ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona beyin qansızması diaqnozu qoyulub.

Qeyd edək ki, zərərçəkmişin qızı L.İsayeva hadisə ilə bağlı məlumatı təsdiqləyib.