Bildiyiniz kimi, koronavirusun yeni aşkarlanan "Mü" ştamı dünyada sürətlə yayılır. Belə olan halda COVID-19-a qarşı vurulan vaksinlərin bu mutant ştamdan da qoruyub-qorumadığı vətəndaşlar arasında müzakirələrə səbəb olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov Unikal.org-a açıqlamasında bildirib ki, hazırda ölkəmizdə istifadə olunan vaksinlər bütün mutant ştamlara qarşı effektivdir:

"Gələcəkdə bununla bağlı elmi tədqiqatlar aparılsa, vaksinlərin hansı ştama qarşı nə dərəcədə effektli olması elmi cəhətdən sübut olunar, amma ümumilikdə COVID-19-a qarşı istifadə olunan vaksinlər "Mü" ştamından da qoruyur".

Murad İbrahimli