Sentyabrın 4-də saat 18 radələrində Qusar rayonunun Yuxarı Tahircal kəndi ərazisində kənd sakini E.Vəliyevin tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən E.Vəliyevin vəziyyəti orta-ağırdır.

Polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "TOZ-16"markalı ov tüfəngi götürülüb.