Azərbaycan Prezidenti İlham Əliyev Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Unikal.org-un məlumatına görə, ölkə başçısının təltif etdiyi şəxslər arasında  ikiqat paralimpiya, üçqat dünya çempionu İlham Zəkiyev də var. 

O XVI Tokio Yay Paralimpiya Oyunlarında bürünc medal qazandığına görə, prezidentin sərəncamın əsasən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.