Yevlax rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə Mingəçevir - Bəhramtəpə avtomobil yolunun Yevlax rayonunun Salahlı kəndinin yaxınlığından keçən hissəsində qeydə alınıb. Belə ki, idarəetmədən çıxan "Mercedes" markalı minik maşınının aşması nəticəsində 1 nəfər ölüb, iki nəfər isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Ölən şəxsin kimliyi dəqiqləşdirilir.