Göygöl rayonunda ağır qəza baş verib.

Unikal.org xəbər verir ki, hadisə Göygöl-Kəlbəcər avtomobil yolunun Ömər aşırımı adlanan hissəsində qeydə alınıb.

Belə ki, "Niva" markalı avtomobil dərəyə aşıb. Qəza zamanı 5 nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.