Goranboyda baş verən yol qəzasında iki qardaş xəsarət alıb.

Unikal.org xəbər verir ki, hadisə rayonun Rəhimli və Safıkürd kəndləri arasında olan yolda baş verib.

Belə ki, "VAZ" markalı iki avtomobilin toqquşması nəticəsində 1956 və 1963-cü il təvəllüdlü qardaşlar Ağamir Gülmalı oğlu və qardaş Mətləb Hümbətov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

E.Muradlı