"Azadinfo.az" saytının rəhbəri Mahir Xəttabın barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Unikal.org-a onun vəkili Mehman Muradlı məlumat verib.

Bildirib ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə jurnalistin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***

15:04

"Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab rüşvət alarkən yaxalanıb.

Unikal.org xəbər verir ki, bu barədə Mahir Xəttabın vəkili Mehman Muradlı deyib.

Vəkil bildirib ki, Mahir Xəttabla görüşüb və faktla bağlı maraqlanıb. Sayt rəhbəri etiraf edib ki, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin keçmiş sədri Ramiz Göyüşovdan 2 min manat alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Hazırda Mahir Xəttab barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə Binəqədi rayon Məhkəməsinə aparılır.

Vəkil bildirib ki, M.Xəttab barəsində həbs qətimkan tədbiri seçiləcəyi təqdirdə məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.