Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda erməni hərbçilərin cəsədlərinin axtarışı davam edir.

Unikal.org Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən gün axtarış qrupları Tərtərin Suqovuşan qəsəbəsində 2 hərbçinin cəsədini tapıb.

Beləliklə, axtarışlar zamanı tapılan erməni cəsədlərinin sayı 1662-yə çatıb.

Axtarış qrupları fəaliyyətini davam etdirir.