Un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə 35 manat məbləğində subsidiya verilməsi müddəti uzadılıb.

Unikal.org xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 16 fevral tarixli qərarına müvafiq dəyişiklik edib.

Qüvvədə olan qərara əsasən, Un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə bu Qərarın 2-ci hissəsi ilə müəyyən edilmiş qaydada 2021-ci il fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 manat məbləğində subsidiya verilməli idi.

Dəyişikliyə əsasən, bu müddət sentyabrın 1-dək uzadılıb.