Ukrayna paytaxtında Bakı və Kiyev şəhərləri arasında qardaşlaşma haqqında niyyət protokolu imzalanıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Unikal.org-a verilən məlumata görə, niyyət protokolunu İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Kiyev şəhərinin meri Vitali Kliçko imzalayıblar.