Bakıda "İnfiniti” və "Extra” gecə klublarında karantin rejiminin pozulması faktı ilə bağlı işdən çıxarılan 17-ci Polis Şöbəsinin rəisi, polis polkovniki İltimas Yusiflinin yerinə təyinat olub. 

Unikal.org Qaynarinfo-ya istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.

Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin rəisi, polkovnik-leytenant Azər Məmmədov tutduğu vəzifəsindən azad olunaraq, 17-ci Polis Şöbəsinin rəisi təyin olunub.