Uzun zamandır Elmar Vəliyev ona edilən sui- qəsddən sonra müalicə - reabilitasiya prosesləri keçirdi. O müalicə və reabilitasiya proseslərini xaricdə həyata keçirirdi. 

Unikal.org manset.az-a istinadən xəbər verir ki, Elmar Vəliyev vətənə qayıdıb. O, açıqlamasında ölkəyə qayıtdığını təsdiq edib və bildirib:

"Bəli, hazırda ölkədəyəm. Müalicə və reabilitasiya məsələləri yüksək səviyyədə getdi. Hazırda yaxşıyam. Özümü əla hiss edirəm. Mənimlə maraqlanan hər kəsə təşəkkür edirəm. İnşallah, sonra geniş danışarıq".

Qeyd edək ki, Elmar Vəliyevə qarşı sui - qəsd təşkil edən Yunis Səfərov hazırda həbsdədir və onun məhkəmə prosesləri gedir.