Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş polkovnik leytenant Əlyev Atəm Vaqif oğlunun ailəsini ziyarət edib.

Unikal.org xəbər verir ki, millət  vəkili görüşdə şəhidin ailə üzvləri ilə söhbət etmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirmişdir.

C.Osmanov 15-ci doğum gününü şəhid övladı kimi qeyd edən Vaqifi təbrik edərək ona hədiyyə təqdim edib. Hər zaman dövlət səviyyəsində uşaqlara göstərilən xüsusi diqqət və qayğıdan danışan millət vəkili, uşaqların sağlam və firavan böyüməsinin, rifahının yüksəldilməsinin dövlət siyasətinin başlıca vəzifələrindən biri olduğunu qeyd edib. 

Şəhidin ailə üzvləri Atəm Əlyev ilə fəxr etdiklərini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirimişlər.