"Məktəblərin açılışının ilk həftələrində sosial psixoloji gərginliklə bağlı çətinlik yarana bilər".

Unikal.org xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Real TV"yə müsahibəsi zamanı deyib.

Nazir bildirib ki, bunun üçün ictimaiyyət səbrli olmalıdır: 

"Başa düşüləndir ki, uzun müddətli fasilədən sonra yenidən ənənəvi təhsilə qayıdırıq və müəyyən qısadövrlü çətinlik yaşana bilər. Ümumilikdə isə tədris prosesinin qaydasında olacağına ümid edirəm".