“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib. O hazırda Agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifələrini icra edir.

Murad İbrahimli