Müğənni Kərim Abbasov "Ziq-zaq" proqramına qonaq olub.  

Unikal.org xəbər verir ki, müğənni proqram boyunca maraqlı  açıqlamalar  verib.  O bildirib ki, biznes qurmaq istədiyini dilə gətirib:

"Pandemiyada başa düşdüm ki, ən lazımsız sənət bizim sənət imiş. Hər yer ən az 2, 3, 5 ay işlədi. Bir sənət dünyası çökdü. Biznes qurmağı düşünürəm, amma Azərbaycanda yox. Tam sənətdən kənar bir işdir. Rusiyaya gedəndə dostum mənə məsləhət verdi ki, ağlını işlət, sənin müğənnilikdən başqa gəlirin olmalıdır. Rusiyada quracam biznesi. İndi başım qarışıb borc qaytarmağa. Çoxlu borc yığmışam".