Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri vəzifəsinin icrası müvəqqəti olaraq Amil Cavadova həvalə edilib.

Unikal.org xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı əmr imzalayıb.

Qeyd edək ki, Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov sentyabrın 13-də koronavirusdan vəfat edib.