Rəqəmsal hüquq qrupu "CitizenLab", İsrail mərkəzli "NSO Group" şirkəti tərəfindən istehsal edilən "Pegasus" adlı casus proqramının "iPhone" və  "Apple Watch" cihazlarında da aşkarlandığını  yazıb. 

Unikal.org xəbər verir ki,  "CitizenLab"  səudiyyəli aktivistinin "iPhone" markalı telefonunu analiz edərkən tapıb. 

Belə  ki, rəqəmsal hüquq qrupu "Apple"ın bu zəifliyini aradan qaldırmaq üçün işlər aparıldığını da dilə gətirib.

Qeyd edək ki,  "NSO Group", "Pegasus" adlı  zərərli proqramı rəqib siyasətçilərin, jurnalistlərin, aktivistlərin və iş adamlarının telefonlarına casusluq etmək istəyən dünyadakı müştərilərə satır.

İyul ayında "Amnesty International" və 15-dən çox media orqanı tərəfindən edilən bir araşdırma, İsrail NSO şirkəti tərəfindən hazırlanan casus proqram olan "Pegasus"un jurnalistlər, akademiklər, siyasətçilər və hüquq müdafiəçiləri də daxil olmaqla minlərlə insanın telefonlarına yüklənə biləcəyini ortaya qoyub.  

 Gülayə  Mecid