Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə yaradılan "Qardaş Briqada" layihəsi çərçivəsində Çanaqqalaya göndərilən Azərbaycan hərbçilərinin təlimləri davam edir.

Unikal.org-un xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb.

Təlimlər Çanaqqalanın 18-ci Mexanikləşdirilmiş Piyada Briqadası Komandanlığının Qərargahında davam etdirilir.