Bu gün səhər saatlarında Antalyanın Kemer bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib.

Unikal.org "İhlas Haber Ajansı"na istinadən xəbər verir ki, ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə görüntüləyib.

Qeyd olunub ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.