Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Yaqub Zurufçunun dəfn mərasiminə əklil göndərib.

Unikal.org xəbər verir ki, əklil sənətçinin məzarı önünə qoyulub.

Qeyd edək ki, Y.Zurufçu ötən gün "Yeni klinika"da koronavirusdan vəfat edib. O, bu gün “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

***

10:52

Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer açıqlanıb.

Mədəniyyət Nazirliyinin mətbuat katibi Məryəm Qafarzadə Unikal.org-a açıqlamasında bildirib ki, Y.Zurufçu saat 1-də Qurd Qapısında dəfn ediləcək.

Qeyd edək ki, Y.Zurufçu ötən gün "Yeni klinika"da vəfat edib.

Gülayə Mecid