Ötən günlərdə təhlükəli raket sınağı ilə dünyanı narahat edən Şimali Koreya, bu səhər hansı raketin atıldığı dəqiq bilinməyən başqa bir raketini havaya buraxıb. 

Unikal.org "Associated Press"ə istinadən xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyi atılan raket ölkə ərazisinə düşməyib. Cənubi Koreyanın  Baş Qərargahı isə raketin Koreya yarımadasının şərq sahillərinə atıldığını iddia edib. 

Adı və dağıdıcı gücü, həmçinin hara atıldıı gizlədilən raketin dünən Tokioda ABŞ və Yaponiya diplomatlarının "Şimali Koreya" mövzusunda keçirilən zirvə toplantısından sonra havaya buraxılması şübhələr yaradıb.

Qeyd edək ki, Şimali Koreya ötən həftə 1 500 kilometrlik uzaqmənzilli ballistik raketini sınaqdan keçirmişdi. 

Ağarza Elçinoğlu