Çexiyada sahibi tərəfindən gəzintiyə çıxarılan it, meşəlik ərazidə 14-cü əsrə aid olduğu düşünülən xəzinə  tapıb.

Unikal.org  xəbər verir ki,  bunu görən çex vətəndaşı aidiyyatı qurumlara xəbər verib. Əraziyə cəlb olunan arxeoloqlar xəzinəni  basdırıldığı yerdən çıxarıblar. Onlar  xəzinənin ağırlığından içində  sərvət  dolu qızıl olduğunu vurğulayıblar. Lakin xəzinənin ağzı açılmayıb.  

Xəzinə Valasske Regional Muzeyinin səlahiyyətlilərinə təhvil verilib. Belə ki,  muzey xəzinəni Mezirici xəstəxanasına göndərib. Saxsı qabın tomoqrafiya aparatı vasitəsilə müayinə ediləcəyi  bildirilir. 

Gülayə Mecid