Gorus-Qafan avtomobil yolunda Azərbaycan polisinin nəzarəti gücləndirməsi Ermənistanda gərginlik yaradır. 

Unikal.org erməni KİV-ə  istinadən xəbər verir ki, erməni politoloq Yervand Bozoyan bununla bağlı mətbuata açıqlama verib.  Belə  ki,  politoloqun sözlərinə  görə, Gorus-Qafan yolu bağlanması  Ermənistanın bir növ çökməsinə  səbəbdir. 

"Ermənistan hakimiyyəti məsuliyyət hissinə malik olsaydı, strateji Gorus-Qafan avtomobil yolunu əlində saxlayardı. Azərbaycan isə hər zaman göstərir ki, istənilən an Ermənistana öz iradəsini diktə edə bilər. Məsələn, yolu kəsərlər. Bu yol ölkənin birbaşa iqtisadi çöküşünə səbəb olan arteriya damarıdır". 

 Gülayə  Mecid