"Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyan Gorus-Qafan yolu  ilə  bağlı  bəzi etiraflar edib. 

Unikal.org xəbər verir ki, o,  Gorus-Qafan yolunun Azərbaycanın nəzarətində olan hissəsinin demarkasiyadan (dövlətin ərazisini işğal zonalarına ayıran xətt) sonra Azərbaycana keçəcəyini bildirib. 

Ohanyan buna işarə  kimi, Azərbaycanın nəzarətində olan yolun Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən Azərbaycan adı ilə adlandırmasını nümunə  göstərib. 

Gülayə  Mecid