Elizabet Trass Böyük Britaniyanın yeni xarici işlər naziri təyin edilib. Bundan əvvəl o, beynəlxalq ticarət naziri olub.

Unikal.org xarici KİV-lərə istinadən xəbər verir ki, xarici işlər naziri Dominik Raab Əfqanıstanla bağlı qalmaqal səbəbindən istefaya gedib.

Raab Əfqanıstan böhranının qaynar vaxtında, Britaniya vətəndaşlarının Kabildən çıxarılması zamanı Yunanıstanda tətildə olub. Nəticədə Raab tənqid atəşinə tutulub. Xüsusilə leyboristlər və Liberal Demokratlar onun xarici işlər naziri vəzifəsindən uzaqlaşdırılmasını tələb ediblər.

Böyük Britaniyanın Baş naziri Boris Consunun qərarı ilə Raab ədliyyə naziri təyin olunub. Eyni zamanda o, Baş nazirin müavini kürsüsünü alıb. Consonun undan əvvəl müavini olmayıb.