Türkiyədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Unikal.org xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Məlumata görə, hadisə Mardin şəhərində qeydə alınıb. Midyat-İdil magistral yolunda mikroavtobusun idarəetmədən çıxması nəticəsində 10 nəfər yaralanıb. Qəzanın baş verdiyi əraziyə yol polisi, təcili yardım və xilasedicilər cəlb edilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.