Qanlıgölün qərb hissəsində, köməkçi yolun kənarında yerləşən təpəliyin qatları arasında 3 ədəd insan kəllə sümüyünə bənzər qalıqları və insan skeletinin digər hissələri aşkar olunub.
Unikal.org-un əldə etdiyi məlumata görə bu barədə hazırda Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə əraziyə baxış keçirilib, aşkar olunmuş insan skeletinə bənzər sümüklər müvafiq qaydada qablaşdırılaraq götürülüb.
Kənan Zeynalov əlavə bildirib ki, "İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib".
Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcəkdir.
Qanlıgölün ətrafında 3 insanın skeleti aşkarlanıb - RƏSMİ
23:04 15-09-2021
HADİSƏ
Digər Xəbərlər
2024-04-19 22:28:45
2024-04-19 20:40:15
2024-04-19 19:48:02
2024-04-19 19:08:21
2024-04-19 18:56:01
2024-04-19 16:24:17
2024-04-19 13:29:31
2024-04-19 00:42:49
2024-04-18 22:13:51
2024-04-18 19:57:41
2024-04-18 18:55:09
2024-04-18 16:09:53
2024-04-18 10:50:15
2024-04-18 09:50:52
2024-04-18 09:05:26
2024-04-18 08:51:19
2024-04-18 00:52:17
2024-04-17 22:15:22
2024-04-17 21:49:42