ABŞ Dövlət katibi Entoni Blinken və NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.

Unikal.org xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Ned Prays məlumat yayıb.

Qeyd edilib ki, rəsmilər NATO və Əfqanıstandakı vəziyyətlə bağlı yeni strateji konsepsiyanın hazırlanmasını müzakirə ediblər.