Ermənistanın  baş naziri Nikol Paşinyan Tacikistana işgüzar səfərə edib. 

Unikal.org erməni KİV-ə  istinadən xəbər verir ki,  Düşənbə Beynəlxalq Hava Limanında Paşinyan tacik həmkarı Kokhir Abdurasuli Rosulzoda və xarici işlər nazirinin müavini Fərxod Salim qarşılayıb. 

Nikol Paşinyan 16-17 sentyabr tarixlərində Düşənbədə KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə Şanxay Əməkdaşlıq Təşkilatının birgə iclasında iştirak edəcək.
 
Baş nazirin Tacikistan Prezidenti Emoməli Rəhmonla da görüşü planlaşdırılır.

Gülayə  Mecid