Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb.

Unikal.org xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmış büstünün fotolarını paylaşıb.

“Qarabağın işğalı zamanı erməni qoşunları bütün zamanların ən böyük şair və filosoflarından biri olan Nizami Gəncəvinin büstünü təhqir ediblər”, - Diqqəti yazıb.

Fotoqraf qeyd edib ki, 2021-ci ildə dahi şairin anadan olmasının 880 illiyi tamam olur.