Dünya şöhrətli niderlandlı rəssam Vinsent Van Qoqun qələm ilə çəkdiyi rəsm əsəri ilk dəfə Amsterdamda sərgilənib.

Unikal.org "BBC"yə istinadən xəbər verir ki, Van Qoq Muzeyi "Study for Worn Out" adlı əsərin 1882-ci ildə çəkildiyini qeyd edib.

Məlumat verilib ki, sözügedən rəsm əsəri bir əsrdən çoxdur, bir hollandiyalı ailənin şəxsi kolleksiyasında gizlədilib. Rəsm 2 yanvar tarixinə qədər sərgiləndikdən sonra şəxsi kolleksiyaçılara geri qaytarılacaq.

Qeyd edək ki, "Vincent" imzalı rəsm əsərində taxta stulda oturan, jilet, şalvar və çəkmə geyinmiş, əllərini başına tutmuş bir qoca təsvir edilib.

Ağarza Elçinoğlu