ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı  ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. 

Unikal.org xəbər verir ki, qadın məzarların arasında gəzərkən,  qəbirlərdən biri onun diqqətini  çəkib. Joel  məzara yaxınlaşdıqda  daşların arasında bir qadına məxsus saçın çıxdığını görüb.  Həmin anları qorxa-qorxa lentə  alan qadın aidiyyatı  qurumlardan məsələni  aydınlaşdırmağı  tələb edib. 

Joel Morrison bununla yanaşı,  videonu"TikTok"a yerləşdirib. Qadının  bu paylaşımı  izləmə rekordu  qırıb. 

Gülayə Mecid