"ABŞ və onun NATO-dakı müttəfiqləri Əfqanıstandan qoşunları tələsik çıxardıqdan, "buna qaçandan da demək olar" sonra ölkədə vəziyyət kəskinləşib".

Unikal.org "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının zirvə toplatınsdakı video çıxışında Əfqanıstandakı vəziyyəti şərh edərkən bildirib.

"Əfqanıstandakı vəziyyətlə əlaqədar ciddi riskləri nəzərə alaraq təşkilatımızın qarşısında ortaq və razılaşdırılmış bir xətti həyata keçirmək vəzifəsi durur", - deyə federasiya rəhbəri qeyd edib.

Xatırladaq ki, ətrafı koronavirusa yoluxduğu üçün Vladimir Putin özünütəcrid rejiminə keçib. Bu səbəbə görə Düşnbədəki toplatıya videoformat rejimində qatılıb.