“Taliban” hərəkatı Əfqanıstanda məktəb və mədrəsələrin açılacağını bəyan edib.

Unikal.org-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə “Taliban”ın müvəqqəti hökumətinin Təhsil Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, oğlan şagirdlərin oxuduğu məktəblər və qeydiyyatdan keçmiş mədrəsələr sentyabrın 18-də açılacaq.

“Bütük kişi müəllimlər və şagirdlər məktəblərə geri dönməlidir”, - deyə məlumatda qeyd olunub.