Bu ilin yanvar-avqust aylarında Azərbaycanın nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 713,6 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu göstərici 8,2% azalıb.

Hesabat dövründə sərnişinlərin 91,3%-i və ya 651,8 mln. avtobus, 8,7%-i və ya 61,8 mln. isə minik taksilərinin xidmətlərindən istifadə edib. Avtobusla daşınan sərnişinlərin sayı illik ifadədə 12,9% azalıb, taksidən istifadə edən sərnişinlərin sayı isə 2,1 dəfə artıb.

Hesabat dövründə avtomobil nəqliyyatı ilə sərnişin dövriyyəsi 8,1% azalıb.