Türkiyənin Muğla şəhərində ildırım çaxması nəticəsində 3 gündə 37 yanğın baş verib. 

Unikal.org xəbər verir ki, Muğla Meşə Region Müdirliyindən verilən məlumata görə, məlum  yanğınlardan 32-si meşələrdə, 5-i isə əkin sahələrində baş verib.

14-16 Sentyabr tarixləri arasında Muğla və rayonlarında aramsız yağan leysan yağışları şiddətli şimşək çaxmalarına səbəb olub. Milas, Yatağan, Menteşe, Ula, Marmaris, Köyceğiz, Dalaman, Fethiye və Seydikemer bölgələrində ildırım çaxması nəticəsində 3 gündə cəmi 37 yanğın olub. 

Bildirilib ki, 2 vertolyotla edilən müdaxilə nəticəsində yanğın söndürülüb. Ümumilikdə isə 4 hektardan çox ərazi yanıb. 

Ağarza Elçinoğlu