Hollandiyanın müdafiə naziri vəzifəsini icra edən Ank Beyleveld istefaya gedib. Buna səbəb Əfqanıstandan təxliyyəni yaxşı təşkil edə bilməməsidir.

Unikal.org  xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Cümə axşamı ölkə parlamenti Beyleveldə və xarici işlər naziri Siqrid Kaaqa etimadsızlıq göstərib. Sonuncu dərhal istefa verib, müdafiə naziri isə qəbul etməyib. Məlumata görə, Beyleveldin də üzvü olduğu Xristian Demokratik Çağırış Partiyasının təcili iclası keçirilib, bundan sonra o, istefa verəcəyini açıqlayıb.