Azərbaycan, Türkiyə və Pakistan Respublikaları arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Üç qardaş - 2021” beynəlxalq təliminin növbəti mərhələsi uğurla icra olunub.

Unikal.org xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimin planına uyğun olaraq xüsusi təyinatlılar döyüşə hazır vəziyyətə gətirilərək bölmələrimizin müdafiəsinin dərinliyinə daxil olan şərti düşmən qruplaşmasının məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər.

Sentyabrın 20-dək davam edəcək təlimlərin bu mərhələsində də qardaş ölkələrin xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdiriblər.