Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati öz sosial media hesabında dahi şair Nizami Gəncəvinin ermənilər tərəfindən dağıdılmış büstü barədə paylaşım edib.

Unikal.org-un məlumatına görə, məşhur fotoqraf öz paylaşımında tarixi faktlara istinad edərək, XVII əsrdə yaşamış fransız şərqşünas Barthélemy d'Herbelot de Molainville tərəfindən Nizami Gəncəvinin fəlsəfi düşüncəsi barədə yazılmış fikirləri xatırladıb.

Reza Deqati dünya şöhrətli şairin anadan olmasının 880 illik yubileyinin bu il Azərbaycanda ölkə miqyasında qeyd olunduğunu da nəzərə çatdırıb.