Amerika Birləşmiş Ştatları, İsveçrə, Böyük Britaniya və Yaponiyada həkimlər uşaqlar arasında tənəffüs yolu xəstəliklərinə səbəb olan, az tanınan sinsitial virusa kütləvi yoluxma hallarını qeydə alıblar.

Unikal.org xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Alimlərin sözlərinə görə, COVID-19 pandemiyası sinsitial virusların yayılmasına təsir edib və karantin tədbirlərinə görə uşaqlarda virusa qarşı immunitet inkişaf etməyib.

ABŞ-ın Nyu-York şəhərinin xəstəxanalarından birində Uşaq Yoluxucu Xəstəlikləri Bölməsinin rəhbəri Rabia Aaa qeyd edib ki, yeni virusa yoluxma halları hələ apreldə olub. Onun sözlərinə görə, bunun nəticəsində xəstəxananın intensiv terapiya bölməsi qısa zamanda xəstələrlə dolub.

"Bu bizi təəccübləndirdi. Bilirdik ki, diqqəti buna yönəltməyə dəyər, amma düşünmürdük ki, xəstələr bu qədər çox olacaq", - İsveçrənin Sürix Universiteti Klinikasının həkimi Kristof Berqer deyib.