Çinin cənub-qərbində gəmi qəzası baş verib.

Unikal.org xəbər verir ki, bu barədə CGTN telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Beypanzyan çayında, Quyçjou əyalətinin sahilində baş verib. Sərnişin gəmisinin çevrilməsi nəticəsində azı 8 nəfər həlak olub. Qeyd edilir ki, hadisə zamanı gəmidə olanlardan 31-i xilas edilib. Qəza zamanı daha bir neçə nəfər itkin düşüb.

Hazırda axtarış-xilasetmə işləri aparılır.

Qəzanın başvermə səbəbi açıqlanmır.