Baş Dövlət Yol Polisi İdarəsinin (BDYP) Yol Patrul Xidməti Alayının 9-cu tağımının əməkdaşları kiçik tutumlu avtobuslarla, eləcə də oturacaqlarının sayı sürücü oturacağından başqa 9-dək olan mikroavtobus tipli taksi minik avtomobilləri ilə şəhərlərarası – rayonlararası qanunsuz sərnişindaşımalarını həyata keçirilməsinə qarşı monitorinq keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Unikal.org- a verilən məlumata görə,Monitorinq zamanı ölkənin qərb rayon və şəhərlərindən paytaxt Bakıya eləcə də respublikanın digər şəhər və rayonlarına tanınma nişanları, taksometr və digər məlumat göstəriciləri olmadan, eləcə də pandemiya ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş tibbi tələblərə (fərdi qoruyucu vasitələrdən istifadə edilməsi, sosial məsafənin qorunması məqsədilə sürücü ilə sərnişinin təmasına maneə olan şəffaf arakəsmələrin quraşdırılması və s.) riayət edilmədən sərnişin daşımaları aşkar edilib.

Polis əməkdaşları vətəndaşlar ilə bir daha profilaktiki söhbətlər apararaq onlara mövcud qanunların tələblərini izah edib. Aşkar edilən faktlar üzrə 16 nəfər şəxs barəsində inzibati protokol tərtib edilib.