İngiltərə futbol çempionatının beşinci turunun oyununda "Çelsi" səfərdə "Tottenhem"lə qarşı-qarşıya gəlib.

Unikal.org xəbər verir ki, "Çelsi" matçda 3:0 hesabilə qələbə qazanıb.

Qolları Tiaqo Silva (49-cu dəqiqə), N'Qolo Kante (57) və Antonio Rüdiger (90+2) vurublar.

Turnir cədvəlində "Çelsi" 13 xalla birinci, "Tottenhem" 9 xalla yeddinci yerdədir.

Qeyd edək ki, növbəti turda "Çelsi" sentyabrın 25-də "Mançester Siti" ilə, "Tottenhem" isə ertəsi gün "Arsenal"la qarşılaşacaq.