Hind-Sakit Okean Bölgəsində patrul xidməti etmək üçün İngiltərənin iki döyüş gəmisi  bölgəyə yola düşüb. 

Unikal.org xəbər verir ki, bu, ABŞ, Avstraliya və İngiltərə arasında "Aukus" müqviləsi imzalandıqdan sonra gerçəkləşib. Bu barədə İngiltərə Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd edək ki, Hind-Sakit okean bölgəsində təhlükəsizliyi təmin etmək üçün ABŞ, İngiltərə və Avstraliya arasında imzalanan "Aukus" sazişindən sonra, İngiltərənin bölgədə 5 il xidmət edəcəyi bildirilib:

"İki döyüş gəmisi önümüzdəki beş il ərzində Afrikanın şərq sahillərindən ABŞ -ın qərb sahillərinə qədər geniş bir ərazidə yerləşdirilməsini təmin edəcək bir missiya üçün yola çıxıb". 

Bildirilib ki, onlar Kral Donanmasının mövcud "River Class" gəmilərini əvəz etmək üçün inşa edilmiş beş yeni Dəniz Patrul Gəmisindən ikisidir. Patrul Gəmilərinə daimi yaşayış yeri təyin edilmir. Bunun əvəzinə, Sakit okean bölgəsindəki ehtiyaclarını və missiyalarını ən yaxşı şəkildə qarşılayan baza və limanlardan istifadə ediləcək. 

Ağarza Elçinoğlu