Kabil şəhərində  yaşayan və  işləyən qadınlar evdə qalmalıdır. 

Unikal.org xəbər verir ki,  bunu "Taliban" üzvü  Həmdullah Noman məlumat verib.

Onun sözlərinə görə, şəhər iqtisadiyyatında 2,9 min insan çalışır. Onların 27% -i bələdiyyələrdə, inşaat mühəndisliyində işləyən qadınlardır.

"İş yerində kişilərlə əvəz edilə bilməyən qadınların işləməsinə icazə verdik. Hər gün işə gedirlər, amma kişilərin tuta biləcəyi vəzifələrə gəldikdə, orada işləyən qadınlara vəziyyət həll olunana qədər evdə qalmalarını söylədik",- deyə Noman bildirib. 

 O, qadınlar  işə getməsə də  maaşlarının  ödəniləcəyini ifadə edib. 

 Gülayə  Mecid