Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib.

Bu barədə Unikal.org-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilir ki, ölkəmizdə qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri sentyabrın 20-də Bakı limanını tərk ediblər.